İranda törədilən terror aktından sonra Qum şəhərindəki məscidin günbəzində “intiqam bayrağı” qaldırılıb.
İranın Kirman şəhərində törədilən terror aktından sonra Qum şəhərindəki Cəmkəran məscidinin günbəzində qisas mənasını verən “qırmızı bayraq” qaldırılıb.
Qasım Süleymaninin ölümünün ildönümündə məscidin günbəzində qara bayraq qaldırılıb. Lakin Kirmanda törədilən terror aktında çoxlu sayda iranlı həlak olduqdan sonra günbəzin üzərindəki bayraq qırmızı bayraqla əvəzlənib.
Üzərində ərəb əlifbası ilə yazılmış “Hüseynin intiqamı” sözləri olan qırmızı bayraq ölkədə “intiqam bayrağı” kimi tanınır.
Qeyd edək ki, sözügedən bayraq sonuncu dəfə 2020-ci ilin yanvarında ABŞ-nin Bağdad hava limanı yaxınlığındakı hücumunda öldürülən İran İnqilab Keşikçiləri Ordusu Qüds Qüvvələrinin komandanı Qasım Süleymaninin öldürüldüyü zaman Cəmkəran məscidinin günbəzində asılıb.
İran rəsmiləri hücumdan sonra verdikləri açıqlamalarda məsul şəxslərə sərt cavab verəcəklərini bildirsələr də, hadisəyə etiraz edən iranlılar “intiqam” istədiklərini bildiriblər.
Tehsil-press.az