Şimali Koreyanın XİN rəhbəri Rusiyaya səfər edib

Şimali Koreyanın XİN rəhbəri Rusiyaya səfər edib Şimali Koreyanın xarici işlər naziri Çoy Son Xinin rəhbərlik etdiyi hökumət rəsmilərindən ibarət nümayəndə heyəti Moskvaya səfər edib.
Nümayəndə heyətini Rusiya Xarici İşlər Nazirliyinin əməkdaşları, Şimali Koreyanın Moskvadakı səfiri və Koreya Xalq Demokratik Respublikasının digər diplomatları qarşılayıb.
Çoy Son Xinin Moskvaya rusiyalı həmkarı Sergey Lavrovun dəvəti ilə səfər etdiyi qeyd olunub. Belə ki, Lavrov ötən ilin oktyabr ayında Pxenyana səfər edib. Səfər Rusiya və Şimali Koreya arasında diplomatik münasibətlərin qurulmasının 75 illiyinə təsadüf edib. Lavrov Şimali Koreya lideri Kim Çen In tərəfindən qəbul olunub.

Tehsil-press.az


Oxşar xəbərlər