Azərbaycan Texniki Universitetinin (AzTU) Maşın dizaynı və sənaye texnologiyaları kafedrasının məsləhətçi professoru Rasim Əlizadə Yaponiyada xüsusi mükafata layiq görülüb. Azərbaycan aliminə bu mükafat Tokioda Mexanizmlərin və Maşın Elminin Təşviqi üzrə Beynəlxalq Federasiyanın (IFToMM) 16-cı konqresində xidmətlərinə və elmi nəticələrinə görə verilib.
Rasim Əlizadə konqresdə “İki məhdudiyyətli robot manipulyatorların struktur sintezi” mövzusunda məruzə ilə çıxış edib və federasiyanın “Lingli mexanizmlər və mexaniki kontrol” texniki komitəsinə AzTU nümayəndəsi kimi üzv seçilib.
Tehsil-press.az