Türk astronavtın ilk dəfə kosmosa səyahəti başlayıb

Türk astronavtın ilk dəfə kosmosa səyahəti başlayıb “Ekipaj oturacaqları uçuş mövqeyinə köçürüldü, geyim və əlaqə yoxlamaları tamamlandı”.
Bu, “SpaceX”-in 4 nəfərlik heyətin səfər hazırlıqlarına dair açıqlamasında qeyd olunub.
Sözügedən heyətdə Türkiyə vətəndaşı Alper Gezeravcı da yer alacaq.
Bəyanatda, - “Dragon kapsulunun qapağı artıq bağlıdır. Beynəlxalq Kosmik Stansiyaya buraxılmağa iki saatdan az vaxt qalıb”, - deyə vurğulanıb.
***
Türkiyənin ilk kosmos sərnişini Gezeravcının da olduğu SpaceX kosmik gəmisi ABŞ yerli vaxtı ilə 16:49-da (01:49 Bakı vaxtı ilə) NASA-nın Floridadakı Kennedy Kosmik Mərkəzindən buraxılıb.

Tehsil-press.az





Oxşar xəbərlər