Bakı Ali Neft Məktəbində (BANM) rektor Elmar Qasımov Avropa İttifaqının “Erasmus+” proqramı çərçivəsində xaricdə təhsillərini davam etdirəcək tələbələrlə görüşüb.
Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasında təhsil alan 4-cü kurs tələbələri Hacalı Bayramov və Pərvin Quliyeva Yunanıstanın Qərbi Attika Universitetində, İsmət Ağayev və Elvin Həsənli isə Bolqarıstanın Angel Kançev adına Ruse Universitetində bir semestr təhsillərini davam etdirəcəklər.
Elmar Qasımov 2019-cu ildə yaz semestri ərzində Avropada təhsil alacaq gəncləri təbrik edib, onların öz ölkələrini və doğma universitetlərini layiqincə təmsil edəcəklərinə əmin olduğunu bildirib. Rektor qeyd edib ki, “Erasmus+” proqramında iştirakın nəticəsi olaraq 10-dan çox tələbə yalnız Qərbi Attika Universitetində təhsil almağa göndərilib. Bu il isə BANM-in tələbələri yalnız Yunanıstana deyil, İspaniya və Bolqarıstana da təhsil almağa göndərilir.
Görüşdə, həmçinin mühəndislik fakültəsinin dekanı Zəfər Qurbanov, proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrasının müdiri vəzifəsini icra edən Nailə Allahverdiyeva və ali məktəbin proqram meneceri Nərgiz Tarverdiyeva tələbələrə uğurlar arzulayıblar. Bildirilib ki, “Erasmus+” proqramında iştirak BANM-in yüksək texniki biliklər əldə etmək istəyən digər tələbələri üçün nümunəvi addımdır.

BANM-nin Mətbuat Xidməti