Kolumbiyanın xarici işlər naziri üç ay müddətinə vəzifəsindən uzaqlaşdırılıb

Kolumbiyanın xarici işlər naziri üç ay müddətinə vəzifəsindən uzaqlaşdırılıb Kolumbiyanın xarici işlər naziri Alvaro Leyvaya qarşı pasport tenderlərinin təşkilində qanunsuzluqlar törətdiyi iddiası ilə təhqiqata başlanılıb.
Bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb.
"Baş Prokurorluq intizam icraatını elan edib və xarici işlər naziri Alvaro Leyvanı pasportların hazırlanması üçün podratçı seçilərkən rəqabət prosedurlarını pozduğuna görə üç ay müddətinə vəzifəsindən kənarlaşdırıb", - məlumatda deyilir.

Tehsil-press.az


Oxşar xəbərlər