Yaponiyada 36 nəfərin ölümünə səbəb olan şəxs edam ediləcək

Yaponiyada 36 nəfərin ölümünə səbəb olan şəxs edam ediləcək Yaponiya məhkəməsi 45 yaşlı Sindzi Aobanı 2019-cu ildə “Kyoto Animation” studiyasını yandırmaqda təqsirli bilərək barəsində ölüm hökmü çıxarıb.
O, sözügedən hadisəni törətməklə 36 nəfərin ölümünə səbəb olmuşdu. Bildirilir ki, məhkəmə yerli prokurorluğun Aoba barəsində tələbini təmin edib. Belə ki, yerli prokurorluq həmin şəxsə ən yüksək cəza verilməsini istəyirdi.
Xatırladaq ki, “Kyoto Animation” studiyasında yanğın 2019-cu il iyulun 18-i baş verib. Aoba benzinlə dolu iki ədəd 20 litrlik kanistrlə binaya daxil olub və yanğın törədib. Hadisə zamanı daha 33 nəfər xəsarət alıb.

Tehsil-press.az




Oxşar xəbərlər