DAAD rəhbərliyi Bakı Ali Neft Məktəbində infosessiya keçirib

DAAD rəhbərliyi Bakı Ali Neft Məktəbində infosessiya keçirib Alman Akademik Mübadilə Xidmətinin (DAAD) Tbilisi Regional Ofisinin rəhbəri Gebhard Reul və ofisin Azərbaycan üzrə layihə koordinatoru Sevər Qarayeva SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) olub. Onlar tələbələrə DAAD haqqında, təklif olunan təqaüd proqramı və seçim prosesi barədə məlumat verib, sualları cavablandırıblar.
Sonra rektor Elmar Qasımov qonaqlarla görüşərək BANM-lə DAAD arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib. O qeyd edib ki, DAAD təqaüdü qazanan tələbələr arasında BANM tələbələri üstünlük təşkil edir və bu il 7 BANM tələbəsi DAAD-ın təqaüdünü qazanıb. Rektor bu il BANM-də DAAD-ın təqaüdü ilə “Neft hasil edən ölkələrdə enerji keçidi” mövzusunda 16 alman tələbənin iştirak etdiyi beynəlxalq yay məktəbinin uğurla həyata keçirildiyini də bildirib.
Regional rəhbər BANM-lə əməkdaşlığın perspektivlərindən danışaraq vurğulayıb ki, BANM tələbələri çox savadlı, bilikli və bacarıqlıdırlar.

Tehsil-press.az




Oxşar xəbərlər