Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsində 26 Yanvar – Dünya Ekoloji Təhsil Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə ekoloji problemlərin mahiyyətindən danışan BDU-nun Torpaqşünaslıq və daşınmaz əmlakın kadastrı kafedrasının dosenti Azər Cəfərov bildirib: “Ətraf mühiti qorumaq üçün qlobal miqyasda təbiətə münasibəti dəyişməli, istehlakçı cəmiyyətindən təbiəti mühafizə edən cəmiyyətə keçməliyik. Bu keçid dünyanın təbii resursları üzərində beynəlxalq nəzarətin qurulmasını, onların millətlər arasında ədalətlə paylanmasını, “Beynəlxalq Ekoloji Kodeksin” yazılmasını nəzərdə tutmaqla yanaşı, ekoloji mədəniyyətin qurulmasına xidmət edən ekoloji təhsilin kütləviləşdirilməsini tələb edir”.
Fakültənin II kurs tələbəsi Nicat Həsənov çıxış edərək ictimai diqqəti ətraf mühit problemlərinə, onların həllinə yönəltməkdə və gələcəkdə mümkün fəsadların qarşısını almaqda ekoloji təhsilin vacib olduğunu vurğulayıb.
Dekan Akif Ağbabalı Ekologiya və torpaqşünaslıq fakültəsində təhsil alan tələbələrin gələcəkdə Azərbaycan və dünya üçün ətraf mühitin mühafizəsi və ekoloji təhsillə bağlı məsələlərdə aparıcı qüvvəyə çevriləcəyinə inamını bildirib.
Qeyd edək ki, müasir ekoloji təhsil hərəkatı 1972-ci ilin iyununda Birləşmiş Millətlər Təşkilatının İsveçin paytaxtı Stokholmda keçirilmiş “İnsanın ətraf mühiti” konfransında beynəlxalq status alıb. Konfransın 21-ci plenar iclasında Stokholm sazişi imzalanıb. Sazişdə ətraf mühitə və davamlı inkişafa dair 26 prinsip yer alıb. Prinsiplərdən biri “Ətraf mühit üzrə təhsil vacibdir” adlanır.
Tehsil-press.az