Pedaqoji Universitetdə BDU-nun Ekoloji kimya kafedrasının nümayəndələrinin iştirakı ilə seminar keçirilib

Pedaqoji Universitetdə BDU-nun Ekoloji kimya kafedrasının nümayəndələrinin iştirakı ilə seminar keçirilib Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Kimya və biologiya fakültəsinin elmi seminarı keçirilib. Seminarda Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin Ekoloji kimya kafedrasının nümayəndələri qonaq qismində iştirak ediblər.
Elmi seminar Ulu Öndərin elmə qayğısı, eləcə də BDU-nun Ekoloji kimya kafedrasının fəaliyyəti ilə tanışlıq və təcrübə mübadiləsi məsələlərinə həsr olunub.
Seminardan öncə ADPU-nun rektoru professor Cəfər Cəfərov BDU-nun Ekoloji kimya kafedrasının müdiri professor Sevinc Hacıyevanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Ulu Öndər Heydər Əliyevin universitetin foyesindəki abidəsi ziyarət olunub.
Tədbir Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsinin anılması ilə başlanıb.
Seminarda çıxış edən Kimya və biologiya fakültəsinin dekanı dosent Reyhan Ağayeva BDU-nun Ekoloji coğrafiya kafedrasının 10-dan çox nümayəndəsinin tədbirdə iştirak etdiyini diqqətə çatdırıb.
Daha sonra BDU-nun Ekoloji kimya kafedrasının müdiri professor Sevinc Hacıyeva Ulu Öndər Heydər Əliyev haqqında xatirələrini bölüşüb, həmçinin rəhbəri olduğu kafedranın elmi-tədqiqat fəaliyyəti ilə bağlı məruzə edib. Məruzədə qeyd olunub ki, kafedranın təməlində 2001-ci ildə mərhum akademik Rəfiqə Əliyeva tərəfindən yeni bir elmi istiqamət kimi əsası qoyulan Ekoloji kimya və ətraf mühitin mühafizəsi elmi-tədqiqat laboratoriyası dayanır. Bildirilib ki, hazırda kafedra əməkdaşları, əsasən, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur regionlarında ətraf mühitin ekoloji-kimyəvi tədqiqi üzərində çalışırlar. Kafedrada ekoloji kimya üzrə elmlər doktorluğu proqramı üzrə kadr hazırlığı həyata keçirilir.
Digər çıxış edənlər ADPU və BDU-nun müvafiq kafedra və fakültələri arasında elmi-pedaqoji əlaqələrin perspektivlərini qeyd ediblər.

Tehsil-press.az



Oxşar xəbərlər