Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev üçüncü “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində müsabiqə qalibləri Şahin Mahmudzadə və Azad Qəribovla növbəti dəfə görüş keçirib.
Nazir qalibləri təbrik edib və onlara gələcək fəaliyyətlərinə yön vermək, o cümlədən inkişaflarına dəstək olmaq məqsədilə fərdi inkişaf planı əsasında mentorluq etməkdən məmnunluğunu bildirib. Rəşad Nəbiyev qaliblərin peşəkar bacarıqlarının artırılması istiqamətində onlarla fikir mübadiləsi aparıb.
Üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri isə öz növbələrində rəqəmsal inkişaf və nəqliyyat nazirinə Mentorluq proqramı çərçivəsində yaradılan imkana və səmimi görüşə görə təşəkkür edərək onun şəxsi təcrübəsindən faydalanmağın əvəzolunmaz fürsət olduğunu bildiriblər.
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqənin məqsədi 21-51 yaş aralığında intellektual səviyyəsi və ikiillik idarəçilik təcrübəsi olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etməkdir.
“Yüksəliş” müsabiqəsinin qalibini bir il ərzində idarəçi rəhbərlərdən – böyük şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı və 20 min manat dəyərində pul mükafatı gözləyir.
Növbəti - sayca dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən 2023-cü il dekabrın 25-də Sərəncam imzalanıb.
Tehsil-press.az