Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi Xanım Daşdəmirova ilə görüşüb.
Ülvi Mehdiyev qalibi təbrik edib və mentoru olaraq birillik fərdi inkişaf planı əsasında onunla peşəkar əməkdaşlıq edəcəyini deyib. Sədr Xanım Daşdəmirova ilə təcrübəsini bölüşəcəyini, bacarıqlarının artırılması istiqamətində onun layihələrə cəlb olunmasına lazımi şərait yaradacağını bildirib.
Xanım Daşdəmirova isə mentorluq proqramı çərçivəsində Ülvi Mehdiyevin təcrübəsindən faydalanmaq istədiyini bildirib.
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqənin məqsədi 21-51 yaş aralığında intellektual səviyyəsi və ikiillik idarəçilik təcrübəsi olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etməkdir.
“Yüksəliş” müsabiqəsinin qalibini bir il ərzində idarəçi rəhbərlərdən – böyük şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı və 20 min manat dəyərində pul mükafatı gözləyir.
Növbəti, sayca dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən 2023-cü il dekabrın 25-də Sərəncam imzalanıb.
Tehsil-press.az