“Yüksəliş” müsabiqəsinin mentorluq proqramı çərçivəsində müsabiqənin idarəçi rəhbərləri ilə qalibləri arasında görüşlər davam edir.
Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktoru Ruslan Əlixanov ikinci “Yüksəliş” müsabiqəsinin qalibləri Azər Əzimov və Hüseyn Mahmudovla yekun, üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Şahin Mahmudzadə və Mirzə Ələkbər Babayevlə ilkin görüşlərini keçirib.
Baş icraçı direktor ikinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə qarşılıqlı faydalı əməkdaşlıqdan məmnun olduğunu dilə gətirib. O, layihənin idarəçi rəhbərlərindən biri kimi müsabiqə qalibləri ilə bundan sonra da sıx əməkdaşlıq edərək təcrübəsini bölüşəcəyini və onların potensiallarını üzə çıxarmağa kömək göstərəcəyini diqqətə çatdırıb. Ruslan Əlixanov gələcək karyera inkişafında onlara uğurlar arzu edib.
Üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşündə Ruslan Əlixanov onların hazırkı fəaliyyət istiqamətləri ilə maraqlanıb. O, mentorları olaraq birillik fərdi inkişaf planı əsasında onlarla peşəkar əməkdaşlıq edəcəyini, təcrübəsini bölüşəcəyini deyib.
Görüşdə Ruslan Əlixanov müsabiqə qalibləri ilə geniş fikir mübadiləsi aparıb. Sonda müsabiqənin qalibləri səmimi qəbula görə təşəkkür edərək birillik fərdi inkişaf planının əhəmiyyətini vurğulayıblar.
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Prezidentinin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqənin məqsədi 21-51 yaş aralığında intellektual səviyyəsi və ikiillik idarəçilik təcrübəsi olan perspektivli rəhbər şəxslərin müəyyənləşdirilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etməkdir.
“Yüksəliş” müsabiqəsinin qalibini bir il ərzində idarəçi rəhbərlərdən – böyük şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı və 20 min manat dəyərində pul mükafatı gözləyir.
Növbəti - sayca dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Prezidenti tərəfindən 2023-cü il dekabrın 25-də Sərəncam imzalanıb.
Tehsil-press.az