Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə Türkiyənin İstanbul Texniki Universitetinin (İTU) ikili diplom proqramının tələbəsi Asiman Əlizadə bu proqram üzrə ilk məzun olub.
Asiman Əlizadə 2019-cu ildə AzMİU və İTU arasında həyata keçirilən ikili diplom proqramı üzrə İnşaat fakültəsinə qəbul olub. O, inşaat mühəndisliyi ixtisası üzrə təhsil alıb. İki ili AzMİU-da təhsil aldıqdan sonra təhsilini İTU-da davam etdirib. Beləliklə, təhsilini uğurla başa vuran Asiman Əlizadə proqramın ilk məzunu adını qazanıb.
AzMİU və İTU arasında 2018-ci ildə imzalanmış ikili diplom müqaviləsi əsasında bakalavriat səviyyəsində inşaat mühəndisliyi ixtisası üzrə tədris aparılır. Proqramın müddəti 4 il, tədris dili ingilis dilidir. Həm Azərbaycandan, həm də Türkiyədən olan tələbələr 2 il AzMİU-da, 2 il isə İTU-da təhsil alırlar. Tələbələr ixtisas üzrə normativlərdən əlavə, hər iki universitetin qəbul etdiyi beynəlxalq testlərdən birinin (TOEFL IBT: minimum 72/120, İTU - AzMİU xarici dil bilmə imtahanı: minimum 60/100) balını toplayaraq ingilis dili səviyyələrini təsdiq edirlər.
Proqramı müvəffəqiyyətlə başa vuran tələbələrə AzMİU və İTU-nun diplomları təqdim olunur.
Proqramın əsas hədəfi ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq ölkəmizdə yeni nəsil mütəxəssislərin yetişdirilməsi, onların peşəkar inkişafına şərait yaradan zəngin tədris planı təqdim etməkdir. Hazırda ikili diplom proqramı üzrə 12 azərbaycanlı və 5 türk tələbə İTU-da, 36 azərbaycanlı və 3 türk tələbə isə AzMİU-da təhsillərini davam etdirir.
Tehsil-press.az