Türkiyənin İstanbul Texniki Universitetinin (İTU) rektoru professor İsmayıl Koyuncunun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) olub.
Türkiyəli qonaqlar AzMİU-nun geniş tərkibdə nümayəndə heyəti ilə görüş keçiriblər. Dəyirmi masa ətrafında keçən görüşdə əsas müzakirə mövzusu İTU və AzMİU arasında inşaat mühəndisliyi ixtisası üzrə ikili diplom proqramının miqyasının genişləndirilməsi, tələbə sayının artırılması, digər ixtisaslar üzrə ikili diplom müqavilələrinin işlənib-hazırlanması kimi vacib məqamlar olub.
Tərəflər, eyni zamanda, əlaqələrin şaxələndirilməsi, gələcək əməkdaşlıq istiqamətlərinə dair təkliflər səsləndiriblər. İnşaat mühəndisliyi ixtisası üzrə iki universitet arasında səmərəli əməkdaşlığın qurulması, memarlıq ixtisası üzrə magistratura səviyyəsində ikili diplom müqaviləsinin imzalanması və bu müqavilənin həyata keçirilməsi istiqamətində ətraflı müzakirə aparılıb.
Görüşdə “Erasmus” proqramında İTU və AzMİU müəllimlərinin aktiv iştirakına şərait yaratmaq, birgə layihələrin hazırlanması, eləcə də şəhərsalma və həyat fəaliyyətinin təhlükəsizliyi ixtisasları üzrə ikili diplom proqramlarının tətbiqi, birgə məzun gününün təşkili məsələləri ilə bağlı ilkin razılıq əldə olunub.
Sonra AzMİU-nun kampusunu gəzən qonaqlar Memarlıq fakültəsində tədris prosesinə nəzər yetirib, akademik heyətlə ünsiyyətdə olublar. Onlar fakültənin dəhlizində sərgilənən layihə işlərinə baxış keçiriblər.
Qonaqlar Ekologiya və Mühəndis sistemlərinin və qurğularının tikintisi kafedralarının nəzdində fəaliyyət göstərən laboratoriyalara baxış keçiriblər.
Tehsil-press.az