Yüksək Texnologiyalar Parkının şöbə müdiri beynəlxalq sertifikata layiq görülüb

Yüksək Texnologiyalar Parkının şöbə müdiri beynəlxalq sertifikata layiq görülüb Yüksək Texnologiyalar Parkının (YTP) İnkubasiya və Texnologiyaların Transferi Mərkəzinin şöbə müdiri Bünyamin Seyidov İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) birgə təşkilatçılığı ilə təlimçilər üçün keçirilən təlim proqramında iştirak edib və proqramı uğurla bitirərək sertifikatla təltif olunub.
Təlim proqramı bir aya yaxın müddətdə onlayn və oflayn formatda keçirilib. Mühazirələr və tapşırıqlardan ibarət olan təlim proqramında biznes modelin qurulması, müştəri kəşfi, hipotezlərin inkişaf etdirilməsi və prototipin yaradılması ilə bağlı koreyalı və yerli mütəxəssislər tərəfindən məlumatlar təqdim edilib.
Bu proqram nəticəsində sertifikat alan təlimçilər gələcəkdə startapların inkişaf etdirilməsi üçün mentorluq imkanı əldə ediblər.

Tehsil-press.az


Oxşar xəbərlər