Bakı Ali Neft Məktəbinin YTP ilə STEPI arasında icra olunan layihəyə cəlb edilməsi məsələləri müzakirə edilib

Bakı Ali Neft Məktəbinin YTP ilə STEPI arasında icra olunan layihəyə cəlb edilməsi məsələləri müzakirə edilib Bakı Ali Neft Məktəbində (BANM) Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkının (YTP) nümayəndələri ilə görüş keçirilib.
Görüşdə BANM-in rektoru Elmar Qasımov və bu ali təhsil müəssisəsinin əməkdaşları, YTP-nin baş direktoru iqtisad üzrə fəlsəfə doktoru Vasif Abbasov, texnoparkın icraçı direktoru Zaur Nəhmətov, İnkubasiya və texnologiyaların transferi mərkəzinin şöbə müdiri Bünyamin Seyidov, eləcə də K-İnnovasiya Tərəfdaşlığı Proqramı çərçivəsində ölkəmizdə səfərdə olan Koreya Elm və Texnologiya Siyasəti İnstitutunun (STEPI) nümayəndə heyəti iştirak edib.
Görüşdə Bakı Ali Neft Məktəbinin YTP ilə STEPİ arasında hazırda davam edən “Azərbaycanda Yüksək Texnologiyalar Parkının istismar proqramı: tətbiq və potensialın artırılması” layihəsinə cəlb edilməsi imkanları müzakirə edilib, həmçinin əməkdaşlıq imkanlarının genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.
Qeyd olunub ki, layihə çərçivəsində ümumilikdə 20-yə qədər onlayn və ənənəvi təlim təşkil edilib, təlimlərdə fundamental və təbiət elmləri üzrə fəaliyyət göstərən elmi müəssisələrin, innovasiya mərkəzlərinin və universitetlərin nümayəndələri koreyalı ekspertlərin təcrübələrindən bəhrələnib və potensiallarını artıraraq müvafiq sertifikatlara yiyələniblər.

Tehsil-press.az



Oxşar xəbərlər