UFAZ-da Yer elmləri ilə bağlı tədbir

UFAZ-da Yer elmləri ilə bağlı tədbir Azərbaycan Dövlət Neft və Sənaye Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) Yer elmləri ilə bağlı tədbir keçirilib.
Universitetin Yer elmləri departamenti tərəfindən təşkil olunan tədbirdə Azərbaycan Neftçi Geoloqları Cəmiyyəti, SOCAR, “Baker Hughes”, AMEA-nın Geologiya İnstitutu, ADNSU və digər müəssisə və qurumların nümayəndələri iştirak ediblər. Tədbir Yer elmləri sahəsi üzrə universitet, tədqiqat institutları və şirkətlər arasında gələcək əməkdaşlığı stimullaşdırmaq məqsədilə keçirilib.
UFAZ-ın icraçı direktoru Vazeh Əskərov və baş katibi Yelizaveta Bıdanova universitetin fəaliyyəti barədə məlumat veriblər.
Universitetin Yer elmləri üzrə əlaqələndiricisi və professoru Klara Jodri təhsil müəssisəsində tədris olunan akademik proqramlar və müvafiq sahə üzrə tədqiqat layihələrindən danışıb.
Sonra UFAZ tələbələri elmi posterlərini təqdim ediblər. Universitetdə reallaşdırılmış və Yer elmlərinə həsr olunan məktəblərarası bilik yarışmasının qalibi seçilmiş Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin şagirdlərinə sertifikatlar verilib.

Tehsil-press.az


Oxşar xəbərlər