Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
9 elm sahəsi üzrə elmi dərəcə və elmi ad almış 30 iddiaçıya diplomlar və attestatların, xarici ölkədə verilmiş elmi dərəcə haqqında sənədin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamə təqdim edilib.
Riyaziyyat, kimya, biologiya elmləri, tibb elmləri, texnika elmləri, iqtisad elmləri, filologiya elmləri və sənətşünaslıq üzrə fəlsəfə doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 19 iddiaçıya fəlsəfə doktoru diplomları, Türkiyənin Dumlupınar Universitetinin Sosial Elmlər İnstitutunda iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya, İstanbul Universitetinin Sosial Elmlər İnstitutunda iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya və Rusiyanın Təhsil və Elm Nazirliyinin Ali Attestasiya Komissiyası Moskva Otorinolarinqologiya Elm-Təcrübə Mərkəzində tibb elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya müvafiq sənədin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamələr təqdim olunub.
Biologiya elmləri sahəsində “Parazitologiya” ixtisası üzrə 2, “Zoologiya” ixtisası üzrə 1, kimya elm sahəsində “Neft kimyası” ixtisası üzrə 2, filologiya elmləri sahəsində “Dil nəzəriyyəsi”, “German dilləri” və pedaqogika elm sahəsində “Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası (tarixin tədrisi metodikası)” ixtisaslarının hər biri üzrə 1 iddiaçıya dosent attestatları təqdim edilib.
Tehsil-press.az