Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) 17 elm sahəsi üzrə elmi dərəcə və elmi ad almış 73 iddiaçıya diplom və attestatlar təqdim edilib.
Riyaziyyat, fizika, kimya, coğrafiya, tibb, texnika, biologiya, filologiya elmləri, tarix, psixologiya və sənətşünaslıq üzrə fəlsəfə doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 48 iddiaçıya fəlsəfə doktoru diplomları, fizika, astronomiya, tarix, filologiya və biologiya elmləri üzrə elmlər doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 7 iddiaçıya elmlər doktoru diplomları, Türkiyə Respublikasının Sakarya Universitetinin Sosial Elmlər İnstitutunda iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya və Macarıstanın Sent İştvan Universitetində iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya müvafiq sənədlərin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamələr təqdim olunub.
Filologiya sahəsində “Müqayisəli-tarixi və müqayisəli-tipoloji dilçilik”, “Dünya ədəbiyyatı (alman ədəbiyyatı)”, “Azərbaycan dili” və “Ədəbiyyat nəzəriyyəsi, ədəbi təhlil və tənqid”, tarix sahəsində “Ümumi tarix”, hüquq elmləri sahəsində “Dövlət və hüquq nəzəriyyəsi və tarixi; hüquq və dövlət haqqında təlimlər tarixi”, “Cinayət hüququ və kriminologiya; cəza-icra hüququ”, fizika elm sahəsində “Yarımkeçiricilər fizikası”, kimya sahəsində “Qeyri-üzvi kimya”, tibb elmləri sahəsində “İnsan anatomiyası” və əczaçılıq elmləri sahəsində “Dərmanların alınma texnologiyası, əczaçılıq işinin təşkili” ixtisaslarının hər biri üzrə 1 iddiaçıya dosent attestatları təqdim edilib. Tibb elmləri sahəsində “Şüa diaqnostikası və terapiyası”, “Otorinolarinqologiya”, biologiya elmləri sahəsində “Botanika”, kimya elm sahəsində “Qeyri-üzvi kimya” ixtisaslarının hər biri üzrə 1 iddiaçıya professor attestatları və Türkiyə Respublikasının Karabük Universitetində mexanika elm sahəsi üzrə professor elmi adı verilmiş 1 iddiaçıya müvafiq sənədin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamə təqdim olunub.
Tehsil-press.az