Elmi dərəcə və ad almış iddiaçılara diplom və attestatlar təqdim edilib

Elmi dərəcə və ad almış iddiaçılara diplom və attestatlar təqdim edilib Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) 10 elm sahəsi üzrə elmi dərəcə və elmi ad almış 31 iddiaçıya diplom və attestatların təqdim edilməsi ilə bağlı tədbir keçirilib.
Bildirilib ki, kimya, fizika, texnika, tibb, biologiya, aqrar, filologiya və siyasi elmlər, psixologiya və pedaqogika üzrə fəlsəfə doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 23 iddiaçıya fəlsəfə doktoru diplomları təqdim olunub.
Tibb elmləri sahəsində “Mamalıq və ginekologiya”, “Cərrahlıq” və “Daxili xəstəliklər” ixtisaslarının hər biri üzrə 1, filologiya elmləri sahəsində “Dünya ədəbiyyatı (rus ədəbiyyatı)”, “Roman dilləri” və “German dilləri” ixtisaslarının hər biri üzrə 1, aqrar elmlər sahəsində “Torpaqşünaslıq” və texnika elmləri sahəsində “Mühəndis-kommunikasiya sistemləri” ixtisaslarının hər biri üzrə 1 iddiaçıya dosent attestatları təqdim edilib.

Tehsil-press.az


Oxşar xəbərlər