BDU-nun nəzdində "Gənc istedadlar" liseyinin ekoklub üzvləri YARAT Müasir İncəsənət Mərkəzində

BDU-nun nəzdində Bakı Dövlət Universitetinin (BDU) "Gənc istedadlar" liseyinin ekoklub üzvləri üçün YARAT Müasir İncəsənət Mərkəzinə ekskursiya təşkil edilib. Ekskursiya zamanı şagirlər 2 fərqli ekspozisiya ilə tanış olublar.

“Yoxlanılıb, mina yoxdur” qrup sərgisində təkcə insanlıq əleyhinə cinayət deyil, həm də ekologiya və mədəni irsə qarşı mexanizm olan minalanma problemi əks olunub. Bu ekspozisiyadakı əsərlər postmünaqişə dövrünün həssas sülh mövzusundan bəhs edir və daha fundamental mədəni, sosial və ekoloji problemlərə fokuslanır.

“Ekinoks” adlı ikinci ekspozisiyada isə şagirdlər insan identikliyinin dərk edilməsinin təməl prinsipini, şüurun formalaşması yolunu təsvir edən yeddi gürcü rəssamının əsərləri ilə tanış olublar.

Tehsil-press.az

Oxşar xəbərlər