BDU-nun “Gənc istedadlar” liseyində Vətən müharibəsinin ikinci ildönümünə həsr olunmuş intellektual yarış keçirilib

BDU-nun “Gənc istedadlar” liseyində Vətən müharibəsinin ikinci ildönümünə həsr olunmuş intellektual yarış keçirilib Bakı Dövlət Universitetinin (BDU) könüllüləri və BDU-nun nəzdində “Gənc İstedadlar” liseyinin birgə təşkilatçılığı ilə liseyin VI sinif şagirdləri arasında Vətən müharibəsinin ikinci ildönümünə həsr olunmuş “Nə? Harada? Nə zaman?" intellektual oyunu keçirilib.
İntellektual oyun 6 mövzu və hər mövzu üzrə 5 sual olmaqla təşkil edilib.
Şagirdlərin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsinə xidmət edən oyunda 3 komanda iştirak edib. Oyunun qalibi “Qarabağ" komandası olub. Yarışın sonunda qalib komanda üzvləri sertifikatlarla təltif ediliblər.

Tehsil-press.az

Oxşar xəbərlər