Taleyinə ziyalılıq düşmüş insan

Taleyinə ziyalılıq düşmüş insan Elə insanlar var ki, onlar haqqında düşünəndə özündən asılı olmayaraq ürəyin işıqla dolur. Bu şəxslərin çöhrəsindəki ziyadan qəlbinə pay düşür. Elə bu qəbil insanların ümumi nişanəsinə çevrilmiş ziyalı kəlməsi də öz sirrini, mənasını bu məqamdan açmağa başlayır.

Ziyalılıq bir vəzifə deyil, taledir. Bu taleyi heç kəs özü seçmir. Tutduğu yol, yaşadığı həyat, başqalarının münasibəti insanın ziyalı taleyini müəyyənləşdirir.
Nüfuzlu elm xadimi, Azərbaycan Su təsərrüfatı və Meliorasiya Agentliyi ASC-nin Hidreogeoloji-Meliorativ Xidmət, Suların İstifadəsinə, Mühafizəsinə Nəzarət İdarəsinin rəisi, " Əməkdar mühəndis", dəyərli ziyalı, nüfuzlu ictimai xadim Saleh Sadıqov da, məhz əsl ziyalı taleyi yaşayan,insanların qayğılarına,düşüncələrinə yaxınlığı ilə seçilən hörmətli, bacarıqlı və təcrübəli, çəksinin sanbalı ağır gələn şəxslərdən, milli və dövlətçilik maraqlarımızın inanılmış və sınanılmış ön sıralarında gedənlərindəndir.

Bu günə qədər həyatda qazandığı uğurlar, işgüzar, elmi və pedoqoji fəaliyyətində ona baş ucalığı gətirən nailiyyətlərin çoxu, Saleh müəllimin elə bu prinsipial və doğru, düzgün sağlam mətiqi düşüncələrinin məhsulu kimi yadda qalan faktorlardandır.

Antik yunan filosofu Platon yazırdı ki, kamilliyə can atan insanlar üçün ən gərəklisi qanunlar haqqında elmdir. Ədalətə, haqqa, qanuna bağlılıq bəşər sivilizasiyasının qədim dövrlərindən həqiqətən də insanlığı səciyyələndirən, onu dünyanın ən ali varlığına, zinətinə çevirən ülvi keyfiyyət sayılıb.
Yaşadığı zaman və məkandan asılı olmayaraq daxilindəki işığa doğru üz tutan, ədalətə tapınan insanlar bütün cəmiyyətlərdə sevilib-seçiliblər. Parlaq şəxsiyyətləri, yüksək mənəvi idealları ilə tanınan belə ziyalı şəxsiyyətlərin həyat amalı, ilk növbədə, onların cəmiyyətə fayda verən fəaliyyətində real təcəssümünü tapıb.

Ömrünün zirvəsinə mətin, yeyin, düz, şax, şux, vüqarla ucalan Saleh müəllim də həyatının hər bir anında məhz belə olmağa çalışıb. Zəhməti, haqqı nahaqqın ayağına verməmək əzmini, yüksək məsuliyyəti, xalqımız, dövlətimiz üçün faydalı olmaq məqsədini bir an da özündən uzağa buraxmayıb.
Beləcə, bütün bu xoş istəklər, bir gün bu ziyalı, yaradıcı və qurucu insanın, vətən, xalq,dövlət qarşısında əsl vətəndaş, əsl insan,nüfuzlu elm xadimi kimi əvəzisiz xidmətlərə layiq olduğunu doğurdan da təsdiq etmıyə ruhlandırmişdır
Budur, illərdir bu səmimi və doğru-dürüst ziyalı insan, dəyərli elm damı, nüfuzlu ictimai xadim, bütün həyatını Azərbaycanın milli və dövlətçilik maraqlarına,respublikada doğru, düzgün iqtisadi inkişafa, sağlam təhsil sisteminin qurulmasına, avanqard elmi mühütin daha da çiçəklənməsinə, vətənə layiq gənc alimlərin, porensial kadrlatın yetişdirilməsinə həsr etməkdədir.

Bu amil, Saleh müəllimin ləyaqətli vətəndaş kimi tutduğu prinspial mövqe, çıxdığı yol da, özü kimi düz, səlis, aydın, ürəkaçan, ölkədə hüquqi və demokratik dövlət quruculuğunun artan müsbət,dinamik tendensiv xətt üzrə birbaşa istiqamətlənməsinə xidmət etməyə hesablanmışdır.
İnsan doğurdan da əməlləri ilə tanınır, sevilir, hörmət, nüfuz sahibi olur, xalqının gözündə ucalır,əziz tutulur, vətəndaşı olduğu ölkənin inkişafı üçün bütün səy və bacarıqlarını əsirgəmir, gördüyü işlərlə daim diqqət mərkəzində olur, dövlətin etimadını qazanır, ona tapşırılan işlərin öhdəsindən bacarıqla gəlir, sınaqından əsl şəxsiyyət kimi çıxır,vətən qarşısındakı sədaqət və dönməzliyi daim qiymətləndirilir.
Dəyərli ziyalımız Saleh Sadıqov da belə insanlarımzdan, bütün səy və bacarığını yalnız vətən üçün müqəddəs işlərə həsr edən, cəmiyyətdə öz yeri,çəkisi və sözü olan sanballı, nəhəng, sayılan, sevilən layiqli kəslərdəndir.


E.Xanbudaqlı

Oxşar xəbərlər