Tarixdə elə şəxsiyyətlər yetişib ki, onlara nəinki təmsil etdikləri xalqın taleyində, eləcə də dünya siyasətində olduqca böyük missiyanı həyata keçirmək səadəti nəsib olub. Ümummilli liderimiz Heydər Əliyev də məhz belə tarixi şəxsiyyət, dünya siyasətinin mahir bilicisi idi. Azərbaycanın müasir tarixinin 50 illik mərhələsi, eləcə də müstəqil dövlətimizin dinamik inkişafı və dünyaya inteqrasiya prosesi onun adı, fəaliyyəti və irsi ilə bağlıdır.
Ulu Öndər Heydər Əliyev Azərbaycan tarixində yeni parlaq səhifə açan nadir şəxsiyyət olmuşdur. Bu dahi, müdrik insan xalqımızın əsrlərin sınağından çıxmış özünəməxsus milli xüsusiyyətləri ilə yanaşı, bəşəri düşüncələrin daşıyıcısı idi. Başlıcası isə o, sivilizasiyaların, mədəniyyətlərin, qitələrin qovuşuğunda yerləşən Azərbaycan xalqının zəngin mənəvi-mədəni irsini yaşatdı və dünyada təbliğinə nail oldu. Bəşər tarixi belə şəxsiyyətləri nadir hallarda yetişdirir.
Akademik Ramiz Mehdiyev yazır: “İstər Azərbaycan tarixində, istərsə də xalqın yaddaşında Heydər Əliyev müstəqil və suveren dövlətin simvolu, xarizmatik siyasət dahisi, cəsur insan və ən böyük vətəndaş kimi qalmışdır və qalacaq. O, Azərbaycanın ən yeni tarixində bütöv bir epoxanı özündə təcəssüm etdirən, müstəqil dövlətin siyasi, iqtisadi, hüquqi, sosial-mədəni, elmi əsaslarını yaradan, onların ardıcıl inkişafını təmin edən siyasi kursun və milli inkişaf strategiyasının müəllifidir. Bu gün biz azərbaycanlıların ölkəmiz haqda danışanda fəxr edə biləcəyi, qürurla öyünəcəyi çox uğurları var. Onların istisna olmadan hamısı Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqil Azərbaycanda elə bir sahə yoxdur ki, onun inkişafında Heydər Əliyevin zəhməti olmasın”.
Bəli, bu real gerçəklik, günümüzün tarix fəlsəfəsidir. Ulu Öndərin dövlət quruculuğu və siyasətdə 1969-cu ildən keçdiyi yol bu gün Heydər Əliyev məktəbi adlanır. Bu yolda isə mətin, siyasi iradəli, mükəmməl və kamil şəxsiyyət Heydər Əliyev xarizması var. Məhz bu müsbət keyfiyyətlər Azərbaycanın tarixi inkişaf dinamikasının ən mühüm prioritetləridir. Heydər Əliyevin ictimai-siyasi fəaliyyəti böyük bir epoxanı əhatə edir. Sovet dövrünün inkişafında olan dövrü (1969-1982), mürəkkəb Moskva prosesləri (1982-1990), Azərbaycanın dövlət müstəqilliyi mərhələsi (1991-2003) kimi səciyyələnən bir zamanı Heydər Əliyevin dövrü adlandırmaq olar.
Heydər Əliyev siyasi kursu – bu böyük dühanın parlaq adını və çoxcəhətli fəaliyyətini, geniş dünyagörüşünü və mənalı irsini əhatə edən zəngin dövlətçilik təlimi, siyasi-ideoloji baxışlar sistemidir.
Heydər Əliyev siyasi kursu – qlobal yanaşma ilə milli dəyərlərin vəhdətindən yoğrulmuş, düşünülmüş yetkin dövlətçilik təlimidir.
Heydər Əliyev siyasi kursu müstəqillik qazanmış ölkələrin dövlət quruculuğunun inkişaf etdirilməsi və möhkəmləndirilməsi üçün sınaqlardan çıxmış modeldir. Bu mənada milli dövlətçilik institutlaşmasının formalaşmasında, onun inkişaf istiqamətində, maraqların praqmatikliyində, milli birliyin və milli həmrəyliyin təminatında Ulu Öndərin xidmətləri ölçüyə belə gəlmir.
Xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə gələn Ulu Öndər 1993-cü ildən başlayaraq ölkəni düşdüyü xaosdan, bölünmə, parçalanma təhlükəsindən xilas etdi. Heydər Əliyev xilaskar ölkə Başçısıdır.
Ümummilli Liderimizə xas olan digər nadir keyfiyyət onun bir-birinə əks qütbdə dayanan müxtəlif ictimai-siyasi formasiyalarda ən yüksək idarəçilik üsuluna üstünlük verməsi idi. Heydər Əliyev fenomeninə tarixi xidmətlərinə, xilaskarlıq və quruculuq missiyasına müasir dünyanın görkəmli dövlət xadimləri, siyasətçiləri çox yüksək qiymət veriblər. Azərbaycanın tarixi dövrü yaddaşlarda məhz Heydər Əliyev dövrü, böyük quruculuq illəri kimi qalıb.
Heydər Əliyev xalqın etimadını, hər şeydən öncə, ona görə doğrultdu ki, onun təsirli strategiya və fəlsəfəsi var idi: hər bir millətin öz inkişaf yolu vardır, amma o, başqalarının da təcrübəsini nəzərə almaya bilməz. Lakin başqalarının təcrübəsini konkret zaman və məkan şəraitində necə tətbiq etmək lazım olduğunu hələ bilmək lazımdır. Bununla bərabər, o, başqalarının təcrübəsini digər xalqlarla mədəni birgəyaşayış təcrübəsi kimi başa düşürdü. Əlbəttə, dövlət quruculuğu qayda-qanunun yaradılmasından, ordunun, nizami silahlı qüvvələrin formalaşdırılmasından, qanunun aliliyinin bərqərar olunmasından başlanır. Lakin bu məsələlərin həllində çox şey cəmiyyətin şüurundan, onun bu dəyərləri dərk etməsindən, ənənə və əxlaq prinsiplərini gözləməsindən asılıdır. Heydər Əliyevin həyat və siyasi təcrübəsi, onun bilik və intellekti, regionda və dünyada geosiyasi vəziyyəti bütün incəliklərinə qədər bilməsi, bir çox digər siyasətçilərin gücü çatmadığı problemləri həll etmək üçün vətəndaşları birləşdirməyə kömək etdi.
İrimiqyaslı qlobal siyasi dəyişikliklərlə müşayiət olunan tarixi dönəmlərdə xalqın mənafeyinə uyğun iradə nümayiş etdirmək iqtidarında olan şəxsiyyətlərə daha böyük ehtiyac duyulur. Müstəqil dövlətimizin timsalında ötən illəri təhlil edərkən bir daha əminliklə söyləmək olar ki, həqiqətən də, tarixin millətə verdiyi şansı yalnız görkəmli tarixi şəxsiyyətlərin iştirakı ilə reallaşdırmaq mümkündür. Bu mənada Mustafa Kamal Atatürkün Türkiyə, Şarl de Qollun Fransa üçün etdiklərini Heydər Əliyev ən çətin məqamda Vətəni və xalqı naminə edib.
Heydər Əliyev Azərbaycanı inkişaf etmiş dövlətlərin, millətini firavan həyat sürən xalqların cərgəsində görmək istəyirdi. Ömrünün son anınadək xalqının gələcək taleyi haqqında düşünürdü. Heydər Əliyev Vətən üçün, xalq üçün doğuldu, Vətənin, xalqın tərəqqisi, inkişafı, azadlığı, müstəqilliyi üçün cəsarətlə çalışdı. Bununla da xalqın gözündə, qəlbində dahi kimi ucaldı. Ona görə də xalqın öz sədaqətli dahi övladına məhəbbəti sonsuzdur, əbədidir. Ulu Öndər əsl ümumxalq məhəbbəti qazanmış nadir siyasətçilərdən, dövlət xadimlərindəndir. Bu dahi şəxsiyyət Azərbaycanı yox olmaqdan qurtardı, müstəqilliyimizi dönməz etdi, sabitlik və təhlükəsizliyin qarantı oldu, Azərbaycanı inkişafa, firavanlığa doğru addımlayan, dünya birliyində layiqli yerini tutmuş bir dövlətə çevirdi.
Milli-mənəvi dəyərlərimizin hamisi olmuş Heydər Əliyevin hakimiyyətə qayıdışı bütün sahələrdə inkişafa təkan verdi. Ulu öndər Heydər Əliyev siyasətçi və dövlət xadimi kimi ən uca missiyanı gerçəkləşdirərək müstəqil Azərbaycan dövlətinin memarı oldu və tarixi öz əməlləri ilə yazdı. Onun həyatı və fəaliyyəti Azərbaycan tarixinin bir hissəsi və ən şanlı səhifələrindəndir. Bu şəxsiyyətin həyatını öyrənmək, onun gördüyü işlərin, başladığı layihələrin tarixi əhəmiyyətini dərk etmək özü böyük bir məktəbdir. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bir qərinədən artıq dövrdə ölkənin həyatında, xalqın taleyində elə bir əzəmətli rol oynayıb ki, bu, əsrlər boyu unudulmayacaq. Azərbaycanın hər bir bölgəsində Ulu Öndərin quruculuq fəaliyyətinin silinməz izləri var. Heydər Əliyev həyatı boyu həmişə xalqa arxalanmışdı: “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib”.
Müstəqil Azərbaycan dövlətinin XX əsrdə keçdiyi sınaqlar, dövlətçiliyimizin ən ağır günlərində Heydər Əliyevin göstərdiyi qətiyyət bu sözlərdəki gerçəkliyi dəfələrlə təsdiqləyib. Heydər Əliyevin Azərbaycan üçün gördüyü işlər sadalamaqla bitib-tükənən deyil. Dahi şəxsiyyət bu gün sıralarımızda olmasa da, onun möhtəşəm işləri, əməlləri, misilsiz xidmətləri hamımıza bəllidir və gözümüz önündədir. Milyonlarla insanın ümid çırağına çevrilərək qəlblərdə əbədi yurd salmaq heç də bütün rəhbərlərə, liderlərə nəsib olmur. Sağlığında canlı əfsanəyə çevrilmiş Heydər Əliyevin zəngin irsi hələ uzun illər xalqımızın müstəqillik yolunu işıqlandıracaq.
Heydər Əliyev dünyanın nadir insanlarındandır. O, hamının qəlbinə yol tapmağı bacarır, yaddaşlarda dərin iz qoyurdu. Heyrətamiz yaddaşa malik Heydər Əliyev əsl rəhbərə xas olan ensiklopedik biliyə malik idi. Ulu Öndər milli və bəşəri dəyərlərin daşıyıcısı kimi dahi bir şəxsiyyət idi. Bu görkəmli dövlət xadimi əsrimizin siyasi həyatında mühüm yer tutmuş, uzun və şərəfli yol keçmiş, ən yüksək vəzifələrin məsuliyyətini daşımış, insanlara həmişə dərin hörmət və ehtiram bəsləmişdir.
Ümummilli Liderimizin xalqın birliyi yolunda göstərdiyi titanik fəaliyyəti hər bir soydaşımız üçün örnək olmalıdır. Biz Azərbaycanı sevməyi Heydər Əliyevdən öyrənməliyik. “Azərbaycan mənim ürəyimdir, nəfəsimdir” deyən böyük öndərimiz millətimizin və dövlətimizin əbədiyaşarlığı üçün əvəzsiz bir siyasi xətt, ideoloji miras qoydu. Ulu Tanrı xalqımızın taleyinə çətin, əzablı günlər yazsa da, şükürlər olsun ki, bu əzablara sinə gərə bilən, bütün düyünləri açmağa qadir olan Heydər Əliyev kimi böyük şəxsiyyət də qismət edib. Millətinə xidmət nümunəsi olan bu böyük şəxsiyyət həmişə xalqa arxalanır və deyirdi: “Xalq mənim dayağım, gücüm və inamımdır”. Xalq yolunda canını fəda etmiş, bütün həyatı boyu Vətənini və millətini düşünmüş Ümummilli Liderimiz əbədiyaşarlıq qazanıb.
Heydər Əliyev sanki dünyaya xalq üçün, onun səadətə yetişməsi üçün gəlmişdi. Haqqın, ədalətin bərpası, ölkənin inkişaf etdirilib sivil cəmiyyətə çevrilməsi üçün çəkdiyi min bir əziyyət onun tale yolu, ömür yolu olub. Ümummilli Liderimiz əmanət olaraq xalqımıza zəngin maddi və mənəvi dəyərlər, siyasi və iqtisadi cəhətdən etibarlı dayaqlar üzərində qurulmuş Azərbaycan qoydu.
Dünya siyasətində nəhəng şəxsiyyət olan Heydər Əliyev qısa zaman kəsiyində ölkəmizi yetərincə tanıdıb. Məhz Ulu Öndərimizin səyi, zəhməti sayəsində respublikamız sürətli sosial-iqtisadi inkişaf yoluna çıxdı. Heydər Əliyev dühasını, ucalığını, böyüklüyünü həmişə xatırlayacağıq. O, respublikaya rəhbərlik etdiyi uzun illər ərzində gördüyü nəhəng işləri ilə xalqın qəlbində özünə əbədi abidə ucaldıb. Ona görə də nə qədər müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Heydər Əliyev də ürəklərdə yaşayacaq. Dahi və əzəmətli şəxsiyyətin yolunun davamı müstəqil Azərbaycan dövlətinin gələcəyi, onun daha da güclənməsi, ərazi bütövlüyünün bərpa olunması, hər bir vətəndaş üçün firavan və rahat həyat şəraitinin yaradılması deməkdir. Heydər Əliyevin başladığı işləri davam etdirmək, qurduğu dövləti yeni-yeni uğurlara çatdırmaq onun ruhu qarşısında ən ümdə borcumuzdur.
Heydər Əliyev və onun əməlləri daim yaşayacaq, Azərbaycan xalqı, bütün türk dünyası onu heç vaxt unutmayacaq. Bütün ömrünü xalqımızın tərəqqisinə və firavanlığına həsr etmiş Ulu Öndərin həyat və fəaliyyəti bizim üçün örnəkdir, güc mənbəyidir. Bugünkü Azərbaycanın sürətli inkişafının təməli məhz Heydər Əliyev tərəfindən yaradılıb. Bu siyasi kursa alternativ yoxdur. Xalqımız xoşbəxtdir ki, Ümummilli Liderimizin strateji inkişaf kursu bu gün onun layiqli siyasi varisi, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının həyata keçirdiyi tədbirlər, imzaladığı sərəncam və fərmanlar, xalqla birbaşa ünsiyyətdə olması Ümummilli Lider tərəfindən başlamış işlərin məntiqi davamıdır. Memarı və qurucusu Heydər Əliyev olan müstəqil dövlətimiz bu gün Ulu Öndərimizin Azərbaycan xalqına ən böyük töhfəsidir. Hər bir Azərbaycan vətəndaşının borcu isə Heydər Əliyevin şah əsəri olan Azərbaycanı qoruyub yaşatmaqdır.

İlham Məmmədzadə,
AMEA-nın Fəlsəfə İnstitutunun direktoru,
fəlsəfə üzrə elmlər doktoru, professor