Azərbaycanda "tutuquşu qızdırması"na yoluxma halları artır? - VİDEO

Azərbaycanda İnsanlar arasında “tutuquşu” qızdırmasına yoluxma halları sürətlə artır. Psittakoz bakteriyasının törətdiyi virusa görə ölüm xəbərləri Avropanı təşvişə salıb.

Avstriya, Danimarka, Almaniya, İsveç və Niderlandda artıq 30 yoluxma, beş ölüm faktı təsdiqlənib.

Bəs virusun simptomları nələrdir?

İnfeksionist Mərdan Əliyev bildirib ki, quş fermalarında işləyən şəxslərdə bu xəstəliyə rast gəlinə bilir:

“Quşlardan insanlara hava yolu ilə yoluxa bilir. Simptomları koronavirusa oxşayır. Qızdırma, titrətmə, sinir-əzələ ağrıları, halsızlıq kimi simptomlar müşahidə edilir. Qorunmaq üçün quşlardan uzaq durmaq lazımdır. Şübhəli hallar olarsa, tənəffüs yollarını qoruyan maskalardan istifadə etmək olar”.

İnfeksionist Vasif Əliyev isə qeyd edib ki, virusun yayılma riski o qədər də yüksək deyil:

“Çünki nəticə etibarilə bu, bakterial infeksiyadır. Azərbaycan üçün təhlükəli vəziyyətin olduğunu düşünmürəm”.

Qeyd edək ki, xəstəliyin nadir hallarda insandan insana keçdiyi bildirilir. Mütəxəssislər deyirlər ki, düzgün diaqnoz qoyulduqda virus antibiotiklərlə müalicə edilə bilər.



Tehsil-press.az

Oxşar xəbərlər