Qırğızıstan parlamenti “Xarici agentlər haqqında” qanun layihəsini qəbul edib.
Qanun layihəsi qeyri-hökumət təşkilatları (QHT) üzərində dövlət nəzarətini gücləndirir.
Sənədə əsasən, xaricdən maliyyə alan və siyasi fəaliyyətlə məşğul olan QHT-lər “Xarici agentlər” reyestrinə daxil ediləcək. Bu statusu alan təşkilatlardan maliyyələşmələri barədə hesabat vermələri, əlavə fəaliyyət hesabatları təqdim etmələri tələb olunur, eləcə də belə qurumlar davamlı yoxlamalara məruz qala bilərlər.
Sənəd imzalanmaq üçün Prezident Sadır Japarova göndəriləcək.
Qərb ölkələri birgə bəyanatda layihəni tənqid edərək, bunun qəbulunun beynəlxalq normalara zidd olduğunu və 6.6 milyon əhalisi olan ölkəyə xaricdən yardımı təhlükəyə atdığını bildiriblər.
ABŞ dövlət katibi Entoni Blinken hələ fevralda məsələ ilə əlaqədar Japarov hökumətinə xəbərdarlıq etmişdi.
Tehsil-press.az