Qırğızıstan prezidenti Sadır Japarov ABŞ senatorunun Rusiyaya sanksiyalardan yan keçməsinə kömək etməkdə ittihamlarını Bişkekin işlərinə qarışmaq cəhdi kimi qiymətləndirir.
Bu barədə Economist.kg Qırğızıstan nəşri məlumat yayıb.
Bundan əvvəl Senatın Xarici Əlaqələr Komitəsinin rəhbəri Bob Menendes Qırğızıstan hakimiyyətini Rusiyaya sanksiyalardan yayınmağa kömək etməyi dayandırmağa çağırıb.
Prezident Sadır Japarov isə cavabında deyib ki, Qırğızıstanın Rusiyaya sanksiyalardan yayınmağa kömək etdiyini düşünməyə əsas yoxdur.
“Rusiya və Çin kiçik Qırğızıstandan asılı deyil. Bu ölkələr artıq qonşudurlar. Onların arasında 4 min kilometr ümumi sərhəd var. Əgər Rusiya istəsə, o zaman istədiyi malları vaqon və ya barjlarla dəniz yolu ilə gətirə bilər”, - deyə Japarov bildirib.
Bundan əlavə, Japarov Bişkekin neytral mövqe tutduğunu bildirib və Menendezin məktubunu Qırğızıstana təzyiq cəhdi kimi qiymətləndirib.
“Mən bir çox tanınmış siyasətçilərdən məktublar alıram. Mən bunu Qırğızıstana təzyiq etmək və bizi öz tərəfinə çəkmək üçün ümumi bəhanə hesab edirəm. Amma biz buna imkan verməyəcəyik. Biz müstəqil ölkəyik. Biz bundan sonra da bütün ölkələrlə bərabərhüquqlu münasibətlər quracağıq. Biz çoxvektorlu xarici siyasət aparacağıq”, - deyə prezident bildirib.
Bir müddət əvvəl ABŞ senatoru Robert Menendez Qırğızıstan prezidenti Sadır Japarova məktub yazaraq ondan anti-Rusiya sanksiyalarına əməl etməyi xahiş edib. O, həmçinin Japarovu ittiham edib ki, “Mərkəzi Asiyada demokratiyanın parlaq çırağı” olan Qırğızıstan “avtokrasiyaya doğru təhlükəli yola” qədəm qoyub. Qırğızıstanın Rusiyaya qarşı beynəlxalq sanksiyalara əməl etməməsini senator “demokratiyadan geri çəkilmənin və insan haqlarının geniş şəkildə pozulmasının əlaməti” adlandırıb.
Tehsil-press.az