Regionda sabit sülhə nail olmaq üçün Krımın Ukraynanın bir hissəsi kimi tanınması vacibdir.
Bunu Fransa Prezidenti Emmanuel Makron deyib.
Fransa rəhbəri Krımın azad edilməsi və Ukraynanın bir hissəsi kimi tanınması üçün hər şeyi edəcəyinə söz verib.
“Ukraynanın Rusiyanı məğlub etməsinə kömək etmək üçün əlimizdən gələni edirik. Çünki Ukrayna suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə, o cümlədən Krıma qayıtmadan uzunmüddətli sülhdən söhbət gedə bilməz”, – Makron bildirib.
Onun fikrincə, Rusiyanın Ukrayna müharibəsində uğur qazanması Avropada inamın itməsinə səbəb olacaq. Prezident vurğulayıb ki, Rusiya hazırda Fransanın düşmənidir, amma onlar rus xalqına qarşı müharibə aparmırlar, Ukraynanı dəstəkləyirlar.
Tehsil-press.az