Aprelin 1-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Gənc tədqiqatçıların və doktorantların “Elm Günü”nə həsr olunmuş Böyük elmi seminarı keçirilib.
ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərovun da iştirak etdiyi seminarda öncə universitetin elmi işlər üzrə prorektoru, professor Lətafət Qardaşova çıxış edərək seminar haqqında məlumat verib. O, gələcəyin alimlərinin elmi potensialının inkişaf etdirməsi üçün universitetdə yaradılan şəraitdən danışıb və gəncləri bu imkandan faydalanmağa səsləyib.
“Elm Günü” ərəfəsində keçirilən seminarda elmin insan həyatındakı rolundan danışan ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov gənc tədqiqatçılara və doktorantlara müvəffəqiyyətlər arzu edib. O, bildirib ki, hər bir gələcəyin alimin nailiyyəti universitetin uğurudur və universitet də onlara dəstək olmağa hazırdır.
Dosent Vazeh Əskərov ADNSU-nun gələcəkdə tədqiqat universiteti kimi formalaşmasında tədris və təhsilin keyfiyyətinin yüksəldilməsi, beynələxalq əlaqələrin genişləndirliməsi, dünyanın qabaqcıl universitetlərinin təcrübəsinə istinad və digər bu kimi icra olunan mühüm məsələlərlə yanaşı, gənclərin uğurlarının da önəmli olacağını qeyd edib.
Seminar ADNSU-nun Doktorantura şöbəsinin müdiri, dosent Zülfiqar İbrahimlinin moderatorluğu və Geoloji kəşfiyyat, Qaz-neft mədən, Kimya texnologiya, Neft mexanika, Energetika, İnformasiya texnologiyaları və idarəetmə, İqtisadiyyat və menecment və Doktorantura şöbəsinin təşkilatçılığı ilə keçirilib.
“Nano quruluşlu strukturlarla modifikasiya olunmuş gillər vasitəsilə suyun üzvi çirkləndiricilər və keçid metallardan təmizlənməsi”, “Buxar-qaz qurğusunun kondensatorunda istilik mübadiləsinin intensivləşdirilməsi”, “Güc transformatorlarının texniki vəziyyətinin qeyri-səlis məntiq əsasında qiymətləndirilməsi”, “Sürətlə çökən hövzələrin dərin qatlarının neft-qazlılığının proqnozlaşdırılması”, “İnşaat qumunun hazırlanma texnologiyasının modelləşdirilməsi” və digər mövzular üzrə məruzələr, plenar çıxışlarla davam edən seminarda mövzular üzrə iştirakçıların sualları məruzəçi tərəfindən cavablandırılıb.
Tehsil-press.az