“Clarivate Analytics” şirkətinin nümayəndələri ADNSU-da

“Clarivate Analytics” şirkətinin nümayəndələri ADNSU-da “Clarivate Analytics” şirkətinin nümayəndələri Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) olublar.
“Clarivate Analytics” şirkətinin strateji həllər üzrə baş məsləhətçisi Valentin Boqorov, həllər üzrə məsləhətçi İneş Kenjina, ADNSU-nun rektor əvəzi dosent Vazeh Əskərov, prorektor Lətafət Qardaşova və digər nümayəndələrin iştirak etdikləri görüşdə “Web of Science” bazasından istifadənin səmərəli təşkili, effektiv məlumat axtarışı, elmi jurnallarla iş, “Web of Science” bazasında müəllif və müəssisə profili kimi mövzular ətrafında müzakirələr aparılıb.
ADNSU-nun elmi fəaliyyəti “Clarivate Analytics” şirkətinin nümayəndələri tərəfindən yüksək qiymətləndirilib.

Tehsil-press.az


Oxşar xəbərlər