Neft və Sənaye Universitetində doktorantların seçdiyi mövzular və elmi istiqamətlər müzakirə olunub

Neft və Sənaye Universitetində doktorantların seçdiyi mövzular və elmi istiqamətlər müzakirə olunub Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) doktorantlar və dissertantların iştirakı ilə seminar keçirilib.
Seminarda ADNSU-nun rektoru professor Mustafa Babanlı elmin inkişafından və universitetdə yüksəkixtisaslı kadrlar hazırlığından danışıb. O qeyd edib ki, ADNSU tədrisin müasirləşməsi ilə yanaşı, həm də tədqiqat müəssisəsi olaraq elmin inkişafını daim diqqətdə saxlamalıdır və bu işdə gənc alimlərin üzərinə böyük iş düşür.
Seminarda doktorantların seçdiyi mövzular və elmi istiqamətlər müzakirə olunub. Doktorantlar çıxış edərək qarşıya qoyduqları hədəflərdən bəhs ediblər.
Rektor M.Babanlı doktorantların bir neçəsinin çıxışını dinləyib, tapşırıq və tövsiyələrini verib. Qeyd edilib ki, universitet hər zaman gənc alimlərə elmi uğurların qazanılmasında dəstək göstərəcək.

Tehsil-press.az

Oxşar xəbərlər