
Bu sözləri Demokratik Azərbaycan Naminə gənclərin İctimai Birliyinin (DANİB) sədri, siyasi analitik Elməddin Behbud deyib.
Onun sözlərinə görə, Türkiyə və Azərbaycanın təşəbbüsü və birgə dəstəyi ilə Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Türk Dövlətləri Təşkilatının 2022-ci ilin noyabrın 11-də Səmərqənd şəhərində keçirilən IX Zirvə Görüşündə bu təşkilata müşahidəçi statusunda üzv qəbul edilməsi, Ordumuzun Xankəndi və ətraf ərazilərdə həyata keçirdiyi 23 saatlıq antiterror əməliyyatından dərhal sonra - 2023-cü ilin oktyabrında KKTC Prezidenti Ərsin Tatarın Bakıya dövlət protokolu ilə səfərinin təşkili, dövlət başçımızın onu qəbul etməsi, ötən il KKTC-nin ölkəmizdə geniş mədəniyyət günlərinin keçirilməsi, İlham Əliyevin KKTC-nin TDT-nin 2024-cü ildə ölkəmizdə keçiriləcək qeyri-rəsmi toplantısında iştirak edəcəyini və KKTC-nin bayrağının Azərbaycanda keçirilən tədbirlərdə dalğalanacağını bəyan etməsi və s. buna sübutdur:
“İndi isə Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupunun yaradılmasına hazırlıq görülür. Artıq bununla bağlı Milli Məclisə qanun layihəsi daxil olub. Qanun layihəsi bu gün parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsində müzakirə olunub və plenar iclasa tövsiyə edilib. Münasibətlərin inkişafının parlamentlər platformasında da davam etdirilməsi rəsmi Bakının KKTC-yə və bütövlükdə türk dövlətləri ailəsinə münasibətinin strateji xarakter daşıdığını göstərir. Azərbaycan Respublikasının Şimali Kipr Türk Cümhuriyyəti ilə təhsil, mədəniyyət və iqtisadiyyat sahəsində ikitərəfli münasibətlərinin inkişafı üçün müsbət zəmin və sağlam əsaslar var”.
Bütün bunların Prezident İlham Əliyevin cari ilin fevralın 14-də keçirilən andiçmə mərasimindəki səsləndirdiyi prioritetlərə uyğun olduğunu bildirən E.Behbud bu il dövlətimizin KKTC ilə münasibətləri daha da inkişaf etdirəcəyinə və “yavru vətən”i rəsmi olaraq tanıyan ikinci dövlətin məhz Azərbaycan Respublikası olacağına inamını ifadə edib.
Tehsil-press.az