Narkotiklə tutulan axund haqda rəsmi açıqlama

Narkotiklə tutulan axund haqda rəsmi açıqlama Neftçalada qanunsuz narkotik dövriyyəsi ilə məşğul olduğu üçün saxlanılan axund Samid Salamovun vaxtilə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən təltif edilməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub. İctimaiyyət QMİ və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məscidlərdə yoxlamalar aparmasını, hətta din xadimlərinin narkoloji testdən keçməsini tələb edir.

Komitə bundan sonra məscidlərdə yoxlamalar aparacaqmı?

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Samid Səmədov Qafqaz Müsəlmanları İdarəsi tərəfindən “Neftçala şəhər dindarları” məscidinə 2012-ci ildə dini ayinlərin icraçısı, 10 iyul 2018-ci ildə isə imam müavini vəzifələrinə təyin olunub.

Komitədən zamanında axundun fəaliyyətinə xitam verildiyi bildirilib:

“Adıçəkilən məscid uzun müddət qeyri-rəsmi formada mədrəsə kimi fəaliyyət göstərib və orada indiyədək dini ibadətlər həyata keçirilməyib. Mədrəsənin fəaliyyəti dayandırıldıqdan sonra S.Səmədov Quran kursunda müəllim kimi çalışıb. Fəaliyyəti qənaətbəxş olmadığından Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən onun Quran kursundakı işinə xitam verilib. Eyni zamanda fəaliyyət göstərdiyi müddətdə din xadimi kimi Mənəvi Dəyərlərin Təbliği Fondundan maddi dəstək almayıb”.

Qurumdan verilən məlumata görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ölkədə fəaliyyət göstərən məscidlərdə mütəmadi monitorinqlər aparır və dini xadimlərinin attestasiyasını həyata keçirir.

Qeyd edək ki, saxlanılan Samid Salamovdan 35 büküm metamfetamin, tiryək, şüşə qabda qablaşdırılmış marixuana, çətənə bitkisinin toxumları, 100-dən artıq narkotik tərkibli həb və bir ədəd elektron tərəzi aşkar edilib.

Tehsil-press.az

Oxşar xəbərlər