Azərbaycan Mətbuat Şurası, Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsi və “525-ci qəzet”in birgə təşkilatçılığı ilə I Gənc mədəniyyət müxbirləri məktəbi layihəsinə start verilib.
Layihənin məqsədi mədəniyyət sahəsi üzrə püxtələşmək arzusunda olan tələbələrin inkişafına təkan verməkdir. Layihə çərçivəsində bu sahədə imzası tanınan, praktiki cəhətdən daha hazırlıqlı şəxslərin təlimçi qismində tələbələrlə söhbəti, həmin tələbələrin mədəni-kütləvi tədbirlərə cəlb olunması, öyrəndiklərini tətbiq etmək üçün müxtəlif tip materialların hazırlanması və işıqlandırılması, sonda isə “I Gənc mədəniyyət müxbirləri məktəbi”nin xüsusi sertifikatının verilməsi nəzərdə tutulur.
Layihənin koordinatoru, “525-ci qəzet”in Mədəniyyət şöbəsinin müdiri, gənc nasir Nadir Yalçın “I Gənc mədəniyyət müxbirləri məktəbi”nin qarşıya qoyduğu məsələlər barədə tələbələrə məlumat verib.
Gənc mədəniyyət müxbirləri məktəbinin təlimçi qismində ilk qonağı “Ulduz” jurnalının baş redaktoru, Əməkdar jurnalist, tanınmış şair Qulu Ağsəs olub. Peşəkar jurnalist olmaq üçün böyük zəhmət və əzmlə yanaşı, digər zəruri keyfiyyətlərdən söhbət açan Qulu Ağsəs mətbuat sahəsindəki fəaliyyət dövründən danışıb. Əməkdar jurnalist “Yaxşı mədəniyyət müxbiri necə olmalıdır?” sualına dair tezislərlə çıxış edib.
Diskussiya formatında davam edən görüşdə tələbələrin müxtəlif suallarını cavablandıran təlimçi auditoriyanın enerjisini və fəallığını yüksək qiymətləndirib, hər kəsə uğurlar arzulayıb.
“Udluz” jurnalının Nəsr şöbəsinin müdiri, şair Taleh Mansur da görüşdə iştirak edib. Jurnalın müxtəlif nümunələrini tələbələrə təqdim edən Taleh Mansur “Ulduz”un fəaliyyət istiqamətləri barədə auditoriyaya məlumat verib.
Tehsil-press.az