Gənclər üçün Təhsil Mərkəzinin (GTM) Avropa Komissiyasının Təhsil, Audiovizual və Mədəniyyət üzrə İcraçı Agentliyi tərəfindən dəstəklənən “Üç ölkədə gənc sahibkarlar klubunun yaradılması” layihəsi çərçivəsində Bakıda keçirilmiş beynəlxalq tədbirdə Azərbaycan Dillər Universitetinin (ADU) tələbə və əməkdaşları uğurla iştirak ediblər.
Gənclər beynəlxalq tədbirdə müxtəlif dil bacarıqlarından istifadə edərək, Azərbaycan mədəniyyət gecəsini yüksək səviyyədə təşkil ediblər. Layihənin sonunda iştirakçılar beynəlxalq dərəcəli sertifikatla təltif olunublar.
Qeyd edək ki, tədbirdə Azərbaycan, Türkiyə, Böyük Britaniya, İspaniya, Moldova və Gürcüstandan 30-dan çox gənc sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, gənc sahibkarlar üçün xüsusi alətlərin və imkanların yaradılması, innovativ ideyaların uğurlu biznesə çevrilməsi, startap layihələrin hazırlanması və s. istiqamətdə bilik və bacarıqlara yiyələniblər. Layihə çərçivəsində Azərbaycanın, Gürcüstanın və Moldovanın paytaxtlarında gənc sahibkarlar klublarının yaradılması, Azərbaycanda və Gürcüstanda iki beynəlxalq təlim kursunun, gənclər mübadiləsinin və bir beynəlxalq konfransın keçirilməsi nəzərdə tutulur.

ADU-nun Mətbuat Xidməti