BDU-nun tələbələri “Müsyö Jordan və dərviş Məstəli şah” tamaşasını izləyiblər

BDU-nun tələbələri “Müsyö Jordan və dərviş Məstəli şah” tamaşasını izləyiblər Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin “Mədəniyyət həftələri” layihəsi çərçivəsində bu ali təhsil ocağının tələbələri Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Müsyö Jordan və dərviş Məstəli şah” tamaşasını izləyiblər.
Tələbələrə görkəmli dramaturq Mirzə Fətəli Axundzadənin bu məşhur komediyası və yaradıcı heyət barədə ətraflı məlumat verilib.
“Mədəniyyət həftələri” layihəsinin məqsədi tələbələrin bədii zövqünün formalaşdırılması, teatr və konsertlərə marağının artırılmasıdır.

Tehsil-press.az

Oxşar xəbərlər