Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Gənc Bankir Məktəbi-3” layihəsinə başlanılıb.
Layihə UNEC və “İqtisadçı Tələbələrin Elmi Fəaliyyətinə Yardım” İctimai Birliyinin (SUES) təşkilatçılığı, “Azərtürk Bank” ASC-nin tərəfdaşlığı, “Reduco” Tədris Mərkəzinin maliyyə dəstəyi ilə reallaşıb.
Açılış mərasimində SUES-in sədri İlkin Mirzəzadə artıq üçüncü dəfədir ki, təşkil edilən layihənin nəzəri biliklərin təcrübədə tətbiqi istiqamətindəki mühüm rolundan danışıb. Tələbələrin “Gənc Bankir Məktəbi”nə marağından söz açan İ.Mirzəzadə bildirib ki, müraciət edən 75-dən çox komandadan 33-ü layihədə iştirak hüququ qazanıb.
“Azərtürk Bank”ın nümayəndəsi Mahir Eyvazov layihə çərçivəsində keçiriləcək təlimlər barədə məlumat verib, qalib komanda üçün təşkil olunacaq təcrübə proqramından bəhs edib.
Sonra püşkatma mərasimi keçirilib, üç yarımfinalın iştirakçıları və onlara təqdim ediləcək mövzu müəyyənləşdirilib. Növbəti mərhələdə komandalar ölkənin bank sistemi haqqında araşdırma aparacaq və münsiflər heyətinə təqdim edəcəklər. Sonda qalib komanda üzvləri “Azərtürk Bank” ASC-nin təcrübə proqramına cəlb olunacaqlar.
UNEC-in Mətbuat Xidməti