Rusiyalı məşhur rejissor Mədəniyyət və İncəsənət Universitetində

Rusiyalı məşhur rejissor Mədəniyyət və İncəsənət Universitetində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Rusiyanın Əməkdar artisti, “Müasir pyes məktəbi” teatrının rəhbəri, teatr və kino rejissoru, aktyor Dmitri Astraxan ilə yaradıcılıq görüşü keçirilib.
Görüşdə universitet rəhbərliyi, professor-müəllim heyəti, Teatr sənəti və audiovizual sənətlər fakültəsinin tələbələri iştirak ediblər.
Görüşə görə minnətdarlığını bildirən qonaq aktyorluq sənəti, teatr və kino yaradıcılığı, pyes yazmaq və onu səhnələşdirmək haqqında danışıb, öz təcrübələrini bölüşüb. Tanınmış kino ulduzu, həmçinin gələcəkdə bu sənəti peşəkar səviyyədə davam etdirəcək tələbələrə öz tövsiyələrini verib, onların suallarını cavablandırıb.

Tehsil-press.az



Oxşar xəbərlər