"Moldova Rumıniya ilə birləşərsə, Qaqauziya..." – Qutsulun bəyanatı

Moldova Rumıniya ilə birləşərsə və ya Avropa İttifaqına daxil olarsa, Qaqauziya öz müqəddəratını təyinetmə hüququndan istifadə edə bilər, bu, xüsusi hüquqi status haqqında qanunda yazılıb.

Bu barədə Qaqauz muxtariyyətinin rəhbəri Yevgeniya Qutsul bildirib.

“Biz Moldovanı tərk etməyi planlaşdırmırıq, çünki bura bizim vətənimizdir. Konstitusiyada deyilir ki, Moldova suveren və neytral ölkədir. Amma Moldova Rumıniya ilə birləşmək və ya Avropa Birliyinə daxil olmaq qərarına gəlsə, Qaqauz muxtariyyəti öz müqəddəratını təyinetmə hüququnu özündə saxlayır. Bu, bizim xüsusi hüquqi status haqqında qanunumuzda göstərilib”.

Qeyd edək ki, Qaqauziya muxtariyyatı Rusiyayönümlü siyasət yürüdür və Kreml tərəfindən dəstəklənir.

Ancaq muxtariyyat liderinin vətəndaşı olduğu kiçik respublikanı və rəhbəri olduğu muxtar vilayəti nədən Avropa Birliyinin bir hissəsi kimi görmək istəməməsi suallar doğurur.

Tehsil-press.az

Oxşar xəbərlər