“Qapqara” verilişinin yeni buraxılışı efirə gedib. Verilişin budəfəki sayının qonağı aktyor, bloger Kamran Razmovar olub.
O, Vətən müharibəsi dövründə informasiya müharibəsinə verdiyi dəstəkdən danışıb: “İkinci Qarabağ müharibəsi başlayanda susa bilmədim. Videolar çəkməyə başladım və gürdüm ki, nəsə alınır. Ermənilərin marağını və nifrətini qazanmağa başladım. Fikirləşdim ki, onlar üçün maraqlıyamsa, başıma 100 min dollar pul qoyublarsa, bunu davam etdirməliyəm”. Toy məclislərində aparıcılıq da edən aktyor başına gələn maraqlı hadisədən bəhs edib: “Eyni bəy məni iki dəfə toyuna dəvət edib. Gəlinlə oturanda dedi ki, indiki həyat yoldaşım keçmiş toyuma baxdı, xoşuna gəldi. Ona görə də toyu idarə etmək üçün səni dəvət etdik”.
K.Razmovar mərhum Xalq artisti Yaşar Nurinin onu aktyorluğa yönəltməsindən də söz açıb: “18 yaşım var idi. Yaşar Nuri mənə dedi ki, dondurma satmaq sənlik deyil. Səndə istedad var, get özünü aktyorluqda sına. Mən də onun məsləhətinə qulaq asdım”.
Tehsil-press.az