Tələbəmizin təqaüd qazandığı universitetlər Hyuston Universiteti, Luiziana Universiteti, Kansas Universiteti və Tulsa Universitetidir. O, Mərkəzi Florida Universiteti və Nyu-Hempşir Universitetinə qəbul alıb.
Nihad təhsilini Hyuston Universitetində davam etdirəcək, həmçinin burada tədqiqat köməkçisi olaraq çalışacaq. Onun buradan qazandığı illik təqaüdün məbləği 55.000 ABŞ dollarıdır.
Nihad BANM-in fəal tələbələrindən biridir. O, 2019-cu ildə BANM-ə 638.3 balla qəbul olub. “TEKNOFEST 2023” yarışının finalistlərindən biri olub. “SOCAR Türkiyə” də daxil olmaqla, SOCAR-ın bir sıra müəssisələrində, həmçinin digər şirkətlərdə təcrübə keçib.
Tehsil-press.az