BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş ədəbi-bədii tədbir

BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş ədəbi-bədii tədbir Bakı Dövlət Universitetinin (BDU) Mədəniyyət-Yaradıcılıq Mərkəzinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin mənalı ömür yolu və zəngin dövlətçilik fəaliyyətindən bəhs edən “Ömrün zirvəsi- Heydər Əliyev” filmi nümayiş olunub.

Filmin ssenari müəllifi, BDU-nun Jurnalistika fakültəsinin müəllimi Mahir Qəribov qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev XX əsrdə Azərbaycanın dünyaya bəxs etdiyi dahi şəxsiyyətdir. Onun zəngin dövlətçilik irsini daim təbliğ etmək, gənclərə çatdırmaq lazımdır. “Ömrün zirvəsi- Heydər Əliyev” filminin nümayişi də bu məqsədə xidmət edir.
Daha sonra filmə baxış keçirilib.

Tədbir BDU-nun Mədəniyyət-Yaradıcılıq Mərkəzinin hazırladığı ədəbi-musiqili kompozisiya ilə davam edib. Ulu Öndərə həsr olunmuş musiqi nömrələri ifa olunub, şeirlər səsləndirilib.

Tehsil-press.az

Oxşar xəbərlər