Şagirdlər üçün MOS Debates müsabiqəsi keçirilib.

Şagirdlər üçün MOS Debates müsabiqəsi keçirilib. “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin tərəfdaşlığı, Mind of Science (MOS) təşkilatçılığı və LANDAU School-un ev sahibliyi ilə gənc debatçılarımız üçün MOS Debat müsabiqəsi həyata keçirilib.

Tədbir, Mind of Science (MOS) təşkilatının rəhbəri Fərid Abdullayev açılış nitqi ilə başlayıb. Tədbirdə Birləşmiş Millətlər Təşkilatının səfiri Aymar Babayev iştirak edib. Həmçinin “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin sədri Əli Abdullazadə iştirak edərək öz təcrübələrini və məsləhətlərini gənc debatçılarla bölüşüb, onlara fəaliyyətlərində uğurlar arzulayıb.

Debatçılar Elmira Günyaşevanın rəhbərlik etdiyi MOS Debatlar Administratoru komandası tərəfindən komitələrə bölündülər və tədbir boyu İbrahim Topçubaşov Kosmik Tədqiqatlar Komitəsinə (SEC) və Cəmil Aslanov Ümumdünya Aclıq Komitəsinə (WHC) rəhbərlik etdi. Hakimlərimiz isə Ayşən İbadova və Səbinə Əhədli olub. Landau məktəbinin ibtidai siniflərinin nümayəndələri olan gənc debatçıların mövcud olan komitə iclaslarında iştirak etmə şansı qazanıblar.

Mind of Science komandası tərəfindən “Ümumi Toplantı” adlı tədbir keçirildi, burada iştirakçılar öz komitələri ilə yekdilliklə problemlərin həllini təklif etdilər.

Debatların son günü debatçılar komitə rəhbərləri ilə birlikdə MOS Solution sənədi hazırlanıb və səsverməyə əsasən ən effektiv MOS Solution sənədləri seçilib. Landau Məktəbinin akt zalında Azərbaycan Hava Yolları (AZAL) QSC-nin Compliance rəhbəri cənab Vüqar Novruzov çıxışında səyahət və təhlükəsizlik barəsində danışdı.
Bağlanış mərasimində tədbirin maraqlı məqamlarını iştirakçılara nümayiş etdirilib. Komitənin yaxşı komandası, debatçısı və fərqlənən natiqlər mükafatlandırıldı.

Tehsil-press.az

Oxşar xəbərlər