Bakı Ali Neft Məktəbində Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş Debat Forumu

Bakı Ali Neft Məktəbində Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş Debat Forumu SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi, “Vətəndaş Cəmiyyətində Debat” (DVC) İctimai Birliyinin təşkilatçılığı ilə “Bakı Gənclər Debat Forumu: Yaz, 2023”ün qrup və seçmə mərhələsi keçirilib.
Forumda 25 ali təhsil müəssisəsi və təşkilatı təmsil edən ən yaxşı 50 komanda iştirak edib.
Tədbirin açılış mərasimində çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov iştirakçılara uğurlar arzulayaraq bu forumun onların bacarıqlarının inkişafı üçün unikal platforma olduğunu vurğulayıb.
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Debat Forumunun məqsədi gənclər arasında Heydər Əliyev irsinin təbliğ olunması, debat və natiqlik mədəniyyətinin inkişaf etdirilməsi vasitəsilə onların qərarvermə proseslərində, ictimai aktuallıq kəsb edən məsələlərdə, dövlət gənclər siyasətinin həyata keçirilməsində iştirakını təmin etməkdir.
İlin ən böyük Debat Forumu olan layihədə ümumilikdə 2 gün ərzində 50 komanda, 187 saat debat, 1000-dən çox gəncin iştirakı qeydə alınıb. Forumda Bakı Ali Neft Məktəbini “Buta” komandası təmsil edib.
Forumda “Bilik iqtisadiyyatına keçid edən ölkələrdə rəqabətədavamlı bazarın formalaşması üçün süni intellektin tətbiqi şərtdir” mövzusunda debatlar aparılıb.

Tehsil-press.az


Oxşar xəbərlər