Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin əməkdaşlığı ilə Milli Debat Proqramı çərçivəsində “Avengers 10” adlı 49-cu daxili debat turnirinin final və bağlanış mərasimi keçirilib.
BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov universitet rəhbərliyi tərəfindən “Debat klubu”nun fəaliyyətinə daim dəstək verildiyini və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi ilə əməkdaşlığın uğurla davam etdirildiyini vurğulayıb.
“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin sədri Ülviyyə Axundova BDU tələbələrinin yerli və beynəlxalq səviyyəli debat, natiqlik layihələrində iştirakını yüksək qiymətləndirib, universitet rəhbərliyinə debat fəaliyyətinə verilən dəstəyə görə təşəkkürünü bildirib.
Sonra turnirin final mərhələsinə vəsiqə qazanan “Bazara saxlamayaq” və “Ümiddən uzaq durun” komandaları arasında debat aparılıb.
Yarışın qrup və seçmə mərhələsi martın 17-də və 18-də "İnvestisiya layihələrində ekoloji standartlar iqtisadi göstəricilərdən üstün tutulmalıdır" mövzusunda keçirilib. Turnirdə Azərbaycan bölməsi üzrə 16, rus bölməsi üzrə 10 komanda iştirak edib.
Turnirin qalibləri Azərbaycan bölməsi üzrə “Bazara saxlamayaq” komandası (Gülşən Yusibzadə, Səma İsazadə, Fərid Abbasov), rus bölməsi üzrə isə “Vanzello” komandası (Gülçin Osmanova, Hatəm Bəşirov, Məryəm İbrahimli) olub.
Tədbirin sonunda finalçı və qalib komandalar, ən yaxşı natiqlər mükafatlandırılıb.
Tehsil-press.az