Bakı Dövlət Universiteti (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin Milli Debat Proqramı çərçivəsində BDU və Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) “Gəl qaytar cavanlığımı” adlı debat klublararası dostluq turnirinin final və bağlanış mərasimi keçirilib.
Tədbirdə Milli Məclisin deputatları Jalə Əhmədova və Naqif Həmzəyev, BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin sədri Ülviyyə Axundova və debatçılar iştirak ediblər.
Layihənin məqsədi iki universitetin debatçıları arasında əlaqələri gücləndirmək, debat mədəniyyətinin inkişafına və gənclərin natiqlik bacarıqlarının artırılmasına töhfə verməkdir.
Tədbir çərçivəsində turnirin final mərhələsinə vəsiqə qazanan “Yarızarafat” və “Etiraz” komandaları arasında debat aparılıb.
Qeyd edək ki, qrup və seçmə mərhələsi aprelin 8-də və 9-da "Təhsil və səhiyyə xidmətləri hər kəsə ödənişsiz göstərilməlidir" mövzusunda keçirilən debatlarda Azərbaycan və rus bölmələri üzrə ümumilikdə 43 komanda, 150-dən çox gənc iştirak edib. Təcrübəli debat hakimlərinin qərarına əsasən, turnirin qalibləri Azərbaycan bölməsi üzrə “Etiraz” komandası, rus bölməsi üzrə isə "Şuşanın dağları" komandası olub.
Tədbirin sonunda finalçı və qalib komandalar, ən yaxşı natiqlər mükafatlandırılıb.
Tehsil-press.az