Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Bilkənt Universitetinin Beynəlxalq Nanotexnologiya Tədqiqat Mərkəzində (Ulusal Nanoteknoloji Araştırma Merkezi - UNAM) aparılan tədqiqat işləri ilə tanış olub.
Görüş zamanı E.Babayev BDU-nun fəaliyyət istiqamətləri, beynəlxalq əlaqələri, Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasında aparılan elmi araşdırmaların nəticələri haqqında ətraflı məlumat verib. O, BDU-da təhsil və tədris prosesindəki yenilik, innovasiya və elmi-tədqiqatlardan danışıb.
Qeyd olunub ki, Bilkənt Universitetinin Beynəlxalq Nanotexnologiya Tədqiqat Mərkəzi nanologiya və nanotexnologiya sahəsində elektrik və elektron mühəndisliyi, maşınqayırma, fizika, kimya və molekulyar biologiya fənlərində beynəlxalq elmi və texnoloji mükəmməlliyi inkişaf etdirmək üçün 2007-ci ildə milli laboratoriya kimi yaradılıb. Mərkəz 1800-dən çox istifadəçi üçün milli laboratoriya kimi fəaliyyət göstərir, 118 akademik universitet və 114 sənaye şirkəti ilə əməkdaşlıq edir.
Sonra BDU ilə UNAM arasında mövcud akademik və elmi əlaqələrin genişləndirilməsi, təhsil sahəsində əməkdaşlığın perspektivləri, birgə tədqiqatların aparılması müzakirə olunub.
Tehsil-press.az