FİZİKA İNSTİTUTU AZMİU İLƏ MEMORANDUM İMZALANIB

FİZİKA İNSTİTUTU  AZMİU İLƏ MEMORANDUM İMZALANIB Fizika İnstitutunda Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) elm və innovasiya məsələləri üzrə prorektoru, riyaziyyat üzrə elmlər doktoru, professor Nigar Aslanova, fizika və kimya kafedrasının müdiri fizika elmləri doktoru, professor Adil Abbasov qonaq olublar. Görüşün məqsədi Fizika İnstitutu ilə AzMİU arasında anlaşma memorandumunun imzalanması olub.

İlk olaraq İnstitutun baş direktoru, akademik Arif Həşimov qonaqlara İnstitutda aparılan tədqiqatlar, elmi müəsissənin beynəlxalq əlaqələri, burada mövcud olan maddi texniki baza və s. haqqında məlumat verib.

Nigar Aslanova bildirib ki, Fizika İnstitutu ilə AzMİU arasında hər zaman əməkdaşlıq mövcud olub. O qeyd edib ki, elmi tədqiqatların aparılmasında təqdqiqat institutlarının imkanları və təcrübəsi daha böyükdür. Elmi müəssisələrin və təhsil sisteminin əməkdaşlarının bir araya gələrək komanda şəklində ortaya qoyduqları elmi işlərin sayı azdır. Bu məqsədlə təhsil sistemi ilə elmi tədqiqat institutlarıının əlaqələri genişləndirilməsi olduqca önəmlidir. N.Aslanova AzMİU-nun bir sıra institutlarla əlaqələrinin mövcud olduğunu qeyd edib. Bildirib ki, əlaqələrin genişlənməsi nəticəsində elm və təhsilin inteqrasiyası mümkün olur, kadrlar mübadiləsi aparılması daha effenktiv reallaşır.

Sonda Fizika İnstitutu ilə AzMİU arasında anlaşma memorandumu imzalanıb.

Tehsil-press.az

Oxşar xəbərlər