UFAZ-IN NÜMAYƏNDƏLƏRİ FİZİKA İNSTİTUTUNDA QONAQ OLUBLAR

UFAZ-IN NÜMAYƏNDƏLƏRİ FİZİKA İNSTİTUTUNDA QONAQ OLUBLAR Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunda Fransanın Strasburq Universitetinin professoru Filippe Turek, Azərbaycan-Fransız Universitetinin (UFAZ) fizika müəllimi Robin Merin və UFAZ-ın direktoru Vazeh Əsgərov qobaq olublar . Qonaqlar ilk olaraq İnstitutun direktoru akademik Nazim Məmmədovla görüşüblər. Məqsəd Fizika İnstitutu ilə tanış olmaq, əməkdaşlıq imkanlarını müzakirə etmək və s. olub. V.Əsgərov UFAZ-ın 2014-cü ildə Azərbaycan və Fransa Prezidentlərinin təşəbbüsü ilə yaradıldığını, universitetin 2016-cı ilin sentyabr ayından etibarən fəaliyyət göstərdiyini və burada 4 texniki ixtisas üzrə tələbə qəbulu həyata keçirildiyini bildirib. Vurğulayıb ki, layihəyə Fransa tərəfindən Strasburq Universitetinin (Unistra) rəhbərlik etdiyi Fransa universitetləri konsorsiumu, Azərbaycan tərəfindən isə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti rəhbərlik edir.
N.Məmmədov İnstitutun əsas fəaliyyət istiqamətlərinin kondensə olunmuş hal fizikası, optoelektronikanın fiziki- texniki əsasları, nüvə fizikası və yüksək enerjilər fizikası və energetikanın fiziki-texniki problemləri olduğunu vurğulayıb.
O, burada aparılan tədqiqatlardan, İnstitutun beynəlxalq əlaqələrindən bəhs edib, gələcəkdə əməkdaşlığın mümkünlüyünü qeyd edib.
Görüşdə İnstitutun elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinov, innovasiya və transfer üzrə direktor müavini, fizika-riyaziyyat elmləri doktoru Ayaz Bayramov, Təhsil şöbəsinin müdiri, fizika-riyaziyyat elmləri doktoru Abasət İsayev iştirak ediblər.
Daha sonra qonaqlar Fizika İnstitutunun İnnovasiya sektorunda mövcud olan müasir maddi-texniki baza ilə də tanış olublar.

UFAZ-IN NÜMAYƏNDƏLƏRİ FİZİKA İNSTİTUTUNDA QONAQ OLUBLAR

Tehsil-press.az


Oxşar xəbərlər